15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
XİN nazirlikdəki yoxlama ilə bağlı məlumat yayıb
Tarix: 10-02-2022 17:22 | Bölmə: Siyasət
XİN nazirlikdəki yoxlama ilə bağlı məlumat yayıb

"Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məlumatında aparılan yoxlamanın əhatə etdiyi dövr göstərilmədiyindən, məsələyə aydınlıq gətirməyi vacib hesab edirik. Vurğulamaq istərdik ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2021-ci ildə aparılmış nəzarət tədbirləri 2015-ci ilin 1 yanvar tarixindən 2020-ci ilin 3 iyul tarixinədək olan dövrü əhatə edir".

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

O xatırladıb ki, DTX-nın 2020-ci ildə apardığı əməliyyat nəticəsində XİN-in İşlər İdarəsinin məsul əməkdaşları saxlanılıb və aparılmış istintaq hərəkətləri nəticəsində XİN zərərçəkmiş şəxs qismində tanınıb:

"Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 dekabr 2021-ci il tarixli hökmünə uyğun olaraq, həmin şəxslərdən cinayət hərəkətləri nəticəsində əldə olunmuş vəsaitin XİN-ə ödənilməsi qeyd olunub".

Xatırladaq ki, 2004-cü ildən 2020-ci ilədək Azərbaycan Xarici İşlər Nazirliyinə Elmar Məmmədyarov başçılıq edib.




Bölməyə aid digər xəbərlər