15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
35 ölkə öz vətəndaşlarına Ukraynanı tərk etməyi məsləhət görür
Tarix: 13-02-2022 10:05 | Bölmə: Siyasət
35 ölkə öz vətəndaşlarına Ukraynanı tərk etməyi məsləhət görür

Son 24 saat ərzində öz vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edən ölkələrin sayı artıb. Artıq 35 ölkə öz vətəndaşlarına belə tövsiyə verib.

Reyting.az
xəbər verir ki, “Pul №3” Telegram kanalı belə bir məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl 20-yə yaxın ölkə hərbi münaqişə təhlükəsi səbəbindən öz vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edib. Bunlar Avstraliya, Böyük Britaniya, Latviya, İsrail, Kanada, Yunanıstan, Yeni Zelandiya, Hollandiya, Norveç, ABŞ, həmçinin Finlandiya, Monteneqro, Estoniya, Cənubi Koreya, Yaponiya, Belçika, Almaniya və Litvadır. Siyahıya bir gecədə Küveyt, İraq, İtaliya, İspaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, İsveç, Sloveniya, İordaniya, Fələstin, Mərakeş, Lüksemburq, Baham adaları, həmçinin Şimali Makedoniya, Albaniya, Bolqarıstan, Bəhreyn və Kipr də qoşulub.

Bununla yanaşı, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ-nin Ukraynadakı diplomatik nümayəndəliklərini bağlamayacağını bildirib.




Bölməyə aid digər xəbərlər