15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Ramiz Mehdiyevin baldızı oğluna 30 sutka həbs cəzası verilib
Tarix: 15-02-2022 13:30 | Bölmə: Siyasət
Ramiz Mehdiyevin baldızı oğluna 30 sutka həbs cəzası verilib

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirovun həbsinin təfərrüatları məlum olub.

Reyting.az
Lent.az-a istinadən xəbər verir ki, ötən həftə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan E.Əmirov barəsində çoxsaylı şikayətlər olub.

Şikayətlər əsasən, E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlı olub. İddia olunur ki, o, pulla işə adam düzəldirmiş.

Lakin E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.

Daha bir məlumata görə, E.Əmirov barəsində artıq məhkəmə qərarı var. Belə ki, Nərimanov rayon Məhkəməsi E. Əmirov barəsində 30 sutka həbs qərarı çıxarıb.

DİN-nin bu gün yaydığı məlumata görə, onun barəsində aarşdırmalar gedir.

Qeyd edək ki,saxlanıaln şəxs həm də Ramiz Mehdiyevin baldızının oğludur.

Reyting.az





Bölməyə aid digər xəbərlər