Keçmiş dövlət katibi Bakıda qaldığı oteldə vəfat edib
Tarix: 19-06-2022 23:39 | Bölmə: Siyasət
Keçmiş dövlət katibi Bakıda qaldığı oteldə vəfat edib

Rusiyanın keçmiş dövlət katibi Gennadi Burbulis Bakıda qaldığı oteldə dünyasını dəyişib.

Reyting.az
xəbər verir ki, bu barədə TASS-a G. Burbulisin yaxınları bildiriblər.

Rusiyanın Azərbaycandakı Səfirliyi də G. Burbulisin vəfatı ilə bağlı açıqlama yayıb. Bildiriblər ki, diplomatik nümayəndəlik hadisə ilə bağlı məlumatlandırılıb. Konsulluq əməkdaşları müvafiq işləri yerinə yetirirlər.

Qeyd edək ki, G. Burbulis 1945-ci ildə anadan olub. Sovet dövründə və müstəqil Rusiyada bir çox mühüm vəzifədə çalışıb. RSFSR-in dövlət katibi işləyib. O, 8 dekabr 1991-ci ildə imzalanmış Belovejsk sazişinin hazırlanmasında iştirak edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}