07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Şavkat Mirziyoyev: “İlham Heydər oğlunun tarixi səfəri münasibətlərimizə yeni təkan verməlidir”
Tarix: 21-06-2022 21:34 | Bölmə: Siyasət
Şavkat Mirziyoyev: “İlham Heydər oğlunun tarixi səfəri münasibətlərimizə yeni təkan verməlidir”

“Ölkələrimiz çox böyük potensiala malikdir. Bu gün biz məhdud tərkibdə görüşdə bütün istiqamətlər üzrə potensiallarımızı bir daha çox ətraflı müzakirə etdik və hökumətlərarası komissiyaların həmsədrlərinə və ya sədrlərinə tapşırıqlar verdik ki, ən yaxın vaxtda, bu ilin noyabrında Səmərqənddə keçiriləcək görüşə qədər real nəticə olsun”.

Reyting.az
xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdəki çıxışında deyib.

Ş. Mirziyoyev bildirib ki, indiyə qədər bu cür etimada əsaslanan açıq söhbət olmayıb:

“Bu gün biz çox səmimi formada açıq etiraf etdik ki, çox böyük imkanlarımız var, lakin təəssüf ki, nəticələr azdır. Bu nəticələr onu göstərir ki, İlham Heydər oğlunun tarixi səfəri özlüyündə bizim münasibətlərə yeni təkan verməlidir. Mən bizim bugünkü danışıqlardan tam razıyam, çünki istəyirdim ki, bu görüş tarixi olsun – bu, həqiqətən tarixidir, bu mənada ki, bizim qarşılıqlı münasibətlərimizin böyük potensialında böyük iz qoyacaq və bu, real nəticə olacaq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}