14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Həbsdəki partiya sədrinin şikayəti təmin edilməyib - Məhkəmə
Tarix: 22-06-2022 12:45 | Bölmə: Siyasət
Həbsdəki partiya sədrinin şikayəti təmin edilməyib

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdəki sədri Əli Əliyevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadov bildirib.

Vəkilin sözlərinə görə, şikayətə Ali Məhkəmədə Əziz Seyidovun sədrliyi ilə baxılıb, şikayət təmin edilməyib.

Xatırladaq ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus “Mi-17” tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.

İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Şikayətlərdə göstərilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Xüsusi ittihamçıların şikayətləri ayrı icraatda araşdırılıb.

Yanvarın 13-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, Əli Əliyev 5 ay müddətinə həbs edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}