Bakıda turizm nazirlərinin sessiyası başlayıb
Tarix: 28-06-2022 10:24 | Bölmə: Siyasət
Bakıda turizm nazirlərinin sessiyası başlayıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin turizm nazirlərinin Bakıda 11-ci sessiyası keçirilir.

Bakı Konqres Mərkəzində reallaşan tədbirdə İƏT ölkələrinin turizm nazirləri, turizm assosiasiyalarının rəhbərləri, səfirlər və digər rəsmilər iştirak edirlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Qurani-Kərimdən ayələr oxunub.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev iclas iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev oxuyub.

Müraciətdə bildirilir ki, 2021-ci ildə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv olmasının 30 ili tamam olub. İƏT Azərbaycanın müstəqillik qazandıqdan sonra qoşulduğu ilk təşkilatlardan biridir.

Bundan əlavə, qeyd olunub ki, İƏT Ermənistanı təcavüzkar dövlət kimi tanıyan bir sıra qətnamələr qəbul edib. Ermənistan Azərbaycanın işğal altında saxladığı torpaqlarında İslam mədəniyyət abidələrini, məscidləri dağıdıb, orada heyvan saxlayaraq, təhqiredici əməllərə yol verib.

Müraciətdə 2020-ci il müharibəsi zamanı İƏT-in Azərbaycana dəstəyi alqışlanır. “Konfransda önəmli məsələlərin müzakirə olunacağına ümid edirəm. Tədbirin işinə uğurlar arzu edirəm",- deyə dövlət başçısının müraciətində qeyd olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}