Əli Əliyevin müavini ABŞ Səfirliyində qəbul edilib
Tarix: 28-06-2022 14:47 | Bölmə: Siyasət
Əli Əliyevin müavini ABŞ Səfirliyində qəbul edilib
Əli Əliyev

Vətəndaş və İnkişaf Partiyası (VİP) sədrinin 1-ci müavini Cahan Əliyeva Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı Səfirliyinin siyasi məsələlər üzrə müşaviri Ceremi Brenner ilə görüşüb. Reyting.az xəbər verir ki, bu barədə VİP-in yaydığı məlumatda deyilir.

ABŞ Səfirliyində baş tutan görüşdə əsas diqqət VİP sədri Əli Əliyevin qondarma ittihamlar əsasında Yasamal Rayon Məhkəməsi tərəfindən 2022-ci il yanvarın 13-də 5 ay, 2022-ci il aprelin 15-də 1 ay və 2022-ci il iyunun 7-də 6 ay müddətinə qanunsuz olaraq azadlıqdan məhrum edilməsinə və VİP-in partiya sədrinin azadlığa buraxılması üçün hüquq müstəvisində apardığı mübarizəyə yönəlib.

C. Əliyeva VİP sədrinə və partiyaya qarşı təzyiqlərin Ə. Əliyevin həbsindən xeyli əvvəl başladığı, onun qatıldığı prezident və parlament seçkilərində hüquqlarının kobud şəkildə pozulduğu, Azərbaycan hökumətinin 2015-ci il parlament seçkilərindən sonra şikayət ünvanlanan Avropa İnsan Haqları Məhkəməsinin Ə. Əliyevin lehinə çıxardığı qərarı hələ də yerinə yetirmədiyi barədə ABŞ diplomatını məlumatlandırıb.

Görüşdə qeyd olunan mövzular ətrafında geniş fikir mübadiləsi aparıldığı bildirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}