Xələf Xələfov Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünə qatılıb
Tarix: 28-06-2022 16:20 | Bölmə: Siyasət
Xələf Xələfov Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünə qatılıb

Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü olub.

Reyting.az
xəbər verir ki, görüşdə Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Türkmənistanın xarici siyasət idarəsinin rəhbəri Rəşid Mərədov, İranın XİN başçısı Hüseyn Əmirabdullahian və Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi iştirak edib.

Qeyd edək ki, bu gün Türkmənistanda Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşü olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}