“3+3” platformasının növbəti iclası İranda keçiriləcək
Tarix: 04-07-2022 14:58 | Bölmə: Siyasət
“3+3” platformasının növbəti iclası İranda keçiriləcək

“3+3” platformasının növbəti iclası İranın paytaxtı Tehranda keçiriləcək.

Reyting.az
xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian iyulun 4-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki İranla Azərbaycan arasında münasibətlər sıx əməkdaşlığa doğru gedir: "Biz bu gün həmkarımla  İran və Azərbaycan arasında əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkənin ərazi bütövlüyünün tanınması və dəstəklənməsi məsələlərini müzakirə etdik.

Eyni zamanda, “3+3 formatında regional əməkdaşlıq platforması üzrə iclas əvvəlcə İranda yüksək səviyyəli ekspertlər səviyyəsində, növbəti mərhələdə isə İran, Azərbaycan, Gürcüstan, Rusiya, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}