Türkiyə səfiri: "Dostlar, əlinizin altında həmişə Şuşa Bəyannaməsi olsun"
Tarix: 07-07-2022 15:40 | Bölmə: Siyasət
Türkiyə səfiri: "Dostlar, əlinizin altında həmişə Şuşa Bəyannaməsi olsun"

"30 il ərzində azərbaycanlı hərbçilər Türkiyədə təlimlər keçdilər, təhsil aldılar. 30 il ərzində Türkiyə və Azərbaycan güclənib”.

Reyting.az
xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

O bildirib ki, Azərbaycan Ordusunu artıq 30 illik işğalı sona çatdırıb: “Azərbaycan-Türkiyənin əlaqələri bölgədə digər ölkələrə də örnəkdir. Dostlar, əlinizin altında həmişə Şuşa Bəyannaməsi olsun. Onu sətir-sətir bilməliyik. Şuşa Bəyannaməsi hər kəs üçün bir tapşırıqdır. Ölkələrin bir siyasəti var. Şuşa Bəyannaməsi sonuna qədər müttəfiqlik əlaqəsidir. Fikrimiz müttəfiq olmaq idi. Biz də müttəfiqik. Şuşa Bəyannaməsi diplomatların da yol xəritəsidir. Şuşa Bəyannaməsi əslində Türkiyə və Azərbaycan birliyinin sarsılmaz olduğunun dünyaya elanıdır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}