Azərbaycan və Gürcüstan şəhərləri qardaşlaşacaq
Tarix: 13-07-2022 17:25 | Bölmə: Siyasət
Azərbaycan və Gürcüstan şəhərləri qardaşlaşacaq

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda səfərdə olan Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvili ilə görüşüb.

Reyting.az
xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "Facebook" səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, Kvemo Kartli regionunun qubernatoru ilə ölkələrimiz arasında uğurlu əməkdaşlığın iqtisadi və ticarət əlaqələrimizin inkişafına faydaları və perspektivlər barədə fikirlərimizi bölüşdük: "Giorgi Doxturişvilinin ölkəmizə səfəri çərçivəsində Şəmkir-Marneuli, Ağstafa-Qardabani, Göygöl-Bolnisi və Daşkəsən-Dmanisi şəhərləri arasında imzalanmış qardaşlaşma haqqında anlaşma memorandumları əlaqələrimizin möhkəmləndirilməsi və inkişafına mühüm töhfədir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}