Rusiyaya yeni sanksiyalar tətbiq olunacaq
Tarix: 15-07-2022 13:01 | Bölmə: Siyasət
Rusiyaya yeni sanksiyalar tətbiq olunacaq

Avropa Komissiyası Rusiyadan qızıl idxalını məhdudlaşdıracaq. Reyting.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən Avropa İttifaqındakı mənbələr bildirib.

Məlumata görə, Avropa Komissiyası Rusiyadan ərzaq ixracına mane olmamaq üçün mövcud məhdudlaşdırıcı tədbirləri dəyişdirəcək 7-ci paket sanksiyalarını qəbul etməyə hazırlaşır.

Mənbə əvvəlki sanksiyalarla müqayisədə məhdud əhatə dairəsinə görə bu sanksiyalar paketini “Dəstəkləyici paket” adlandırıb.

Avropa İttifaqı (Aİ) hökumətlərinin təsdiqinə ehtiyacı olan layihə paketə, Rusiya qızılının Aİ-yə idxalına qadağa daxildir və bu, yeni sanksiyaların qəbulundan sonra tətbiq ediləcək.

Bu tədbirin üçüncü ölkələr vasitəsilə də Rusiya qızılının idxalına təsir edəcəyi bildirilsə də, sanksiyanın detalları açıqlannmır.

Mənbə əlavə edib ki, Brüssel həmçinin hərbi məqsədlər üçün istifadə oluna bilən malların, o cümlədən kimyəvi maddələrin və maşınların idxalına yeni məhdudiyyətlər tətbiq etməklə, mövcud tədbirləri sərtləşdirəcək.

Yeni sanksiyalar paketinə Kremlə yaxın yeni hüquqi və və fiziki şəxslərin aktivlərinin dondurulması və səyahət qadağaları da əlavə olunacaq.

Bundan başqa, Komissiya Rusiyadan ərzaq və taxıl ixracına zərbə vurmamaq üçün mövcud sanksiyalara bəzi dəyişikliklər edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}