Azərbaycan və Ermənistan ekspertləri Moskvada görüşüblər
Tarix: 15-07-2022 19:01 | Bölmə: Siyasət
Azərbaycan və Ermənistan ekspertləri Moskvada görüşüblər

İyulun 15-də Rusiyanın paytaxtı Moskva şəhərində Ermənistan və Azərbaycandan olan politoloq-ekspertlərin görüşü keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən (BMTM) bildiriblər.

Məlumata görə, görüş Rusiya Beynəlxalq Əlaqələr Şurası və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun təşkilatçılığı ilə baş tutub.

Görüşü Azərbaycan tərəfdən BMTM, Ermənistan tərəfdən "Orbeli" Təhlil Mərkəzi əlaqələndirib.

Görüşdə Ermənistanla Azərbaycan arasında sülh sazişi, delimitasiya, nəqliyyat dəhlizləri və humanitar məsələlər müzakirə olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}