Ceyhun Bayramov erməni həmkarı ilə görüşə gedib - Yenilənib
Tarix: 16-07-2022 09:02 | Bölmə: Siyasət
Ceyhun Bayramov erməni həmkarı ilə görüşə gedib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana işgüzar səfərə gedib.

Azərbaycan XİN-nin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Gürcüstan Baş naziri, xarici işlər naziri və Ermənistan Respublikası xarici işlər naziri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

***

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstana səfəri başlayıb.

APA xəbər verir ki, XİN baçısının olduğu təyyarə Tbilisidə Şota Rustaveli adına Beynəlxalq Hava Limanına enib.

Ceyhun Bayramov səfər çərçivəsində Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, xarici işlər naziri İlia Darçiaşvili və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}