Vəzifədən azad olunan Səfər Mehdiyev: "Hazırda evimdəyəm, həbs olunmamışam”
Tarix: 16-07-2022 19:33 | Bölmə: Siyasət
Vəzifədən azad olunan Səfər Mehdiyev: "Hazırda evimdəyəm, həbs olunmamışam”

“Azərbaycanda vəzifədən gedən kimsə Prezident sərəncamını müzakirə edib ki, mən də edəm? Cənab Prezident belə məsləhət görübsə, nəsə demək yersizdir”.

Reyting.az
xəbər verir ki, bunu Gününsesi.info-ya açıqlamasında Prezidentin Gömrük Komitəsinin sədri vəzifəsindən azad etdiyi Səfər Mehdiyev deyib.

Həbs olunması ehtimalı barədə iddialara gəlincə, Mehdiyev belə deyib: ”Kimsə yuxuda nəsə görürsə, ağlına gələni danışırsa, mən ona fikir bildirməli deyiləm. Hazırda evimdəyəm”.

“Gömrük Komitəsinin həbs edilən yüksək vəzifəli şəxslərini günahkar hesab edirsinizmi” sualına isə Səfər Mehdiyev cavab verməkdən yayınıb.

”Oldu, təşəkkür edirəm, sağolun”, - deyən Mehdiyev telefonu qapadıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}