Türkiyə və İran prezidentləri görüşüb
Tarix: 19-07-2022 10:49 | Bölmə: Siyasət
Türkiyə və İran prezidentləri görüşüb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti İbrahim Rəisi görüşüb.

"Anadolu" agentliyi xəbər verir ki, görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.

Məlumata görə, Ərdoğan və Rəisi Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci toplantısına həmsədrlik edəcək, burada ikitərəfli əlaqələrin bütün aspektləri və ikitərəfli əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq.

Türkiyə prezidentinin İranın Ali Rəhbəri Ayətullah Əli Xamenəi ilə də görüşü gözlənilir. Ərdoğan və Rəisi daha sonra yeddinci Astana görüşü çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

İran və Türkiyə dövlət başçılarının Rusiya prezidenti ilə təkbətək görüşləri də gözlənilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}