Səfər Mehdiyevin qaynı: "İşimin başındayam..."
Tarix: 19-07-2022 17:48 | Bölmə: Siyasət
Səfər Mehdiyevin qaynı: "İşimin başındayam..."

İyulun 16-da Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən azad olunan Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyevin dünən saxlanıldığı haqda iddialar səslənib.

Reyting.az
bildirir ki, bu barədə Hurriyyet.az saytı məlumat yayıb.

Bununla bağlı Dia.az-a danışan Zeynal Tarquluyev hazırda işinin başında olduğunu bildirməklə yanaşı, yayılan xəbərlərin yalan olduğunu da qeyd edib: "Elə bir şey yoxdur. Mən işimin başındayam..."

Qeyd edək ki, Zeynal Tarquliyev DGK-nın nəzdindəki “Azterminalkompleks” İstehsalat Birliyinin rəis müavini postunu tutur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}