Ərdoğan, Putin və Rəisi Tehranda bir araya gəlib: "Bizə dəstək verin"
Tarix: 19-07-2022 23:22 | Bölmə: Siyasət
Ərdoğan, Putin və Rəisi Tehranda bir araya gəlib: "Bizə dəstək verin"

Bu gün və Türkiyə prezidenti Ərdoğan, Rusiya prezidenti Putin, İran prezidenti İbrahim Rəisi Suriya böhranının nizamlanması üzrə Astana üçlüyü formatında Tehranda görüşüblər.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, toplantıda ilk çıxış edən İran prezidentinin sözlərinə görə, Suriyada yeganə həll yolu diplomatiyadır: "Hərbi müdaxilə problemi artırır".

İran rəhbəri deyib ki, ABŞ hərbçiləri Suriyanı tərk etməlidir: "Bununla yanaşı, tərəflər, o cümlədən beynəlxalq ictimaiyyət Suriya xalqına humanitar yardım göstərməli, onların öz ölkələrinə qayıtmasına kömək etməlidir".

Rusiya prezidenti Putin Suriyadakı vəziyyətdən danışaraq, qeyd edib ki, Fərat çayı ərazisi Suriya hakimiyyətinin nəzarəti altına qayıtmalıdır: "Suriya ərazisində yerləşən silahlıların həm Yaxın Şərq regionunda, həm də onun hüdudlarından kənarda fəaliyyətinin qarşısını almağa davam edəcəyik. Məhz bu kontekstdə Suriyanın şimal-şərqində, Fərat çayı ərazisində çətin vəziyyət müzakirə olunub. Burada bir sıra ölkələrin dəstəyi ilə qanunsuz hərbi birləşmələr fəaliyyət göstərir".

Putin isə bildirib ki, suriyalılar xarici müdaxilə olmadan öz müqəddəratlarını həll etməlidirlər: "Ölkələrimiz Suriya torpaqlarında mövcud olan terror yuvalarını aradan qaldırmaq üçün səy göstərəcək. Suriyalı qaçqınlar üçün əlimizdən gələni etməliyik".

Ərdoğan isə qeyd edib ki, Suriya ilə bağlı Astana platforması konkret addımlar atıla biləcək yeganə formatdır: "Gözləntimiz Rusiya və İrandan Türkiyəyə bu mübarizədə dəstək verməkdir. PKK, PYD, YPG terroru hamımızın ortaq problemidir. Mən inanıram ki, biz birlikdə bu məqsədlərə nail olacağıq. Suriyanın ərazi bütövlüyünə ən böyük maneə terrordur. Qarşıdakı dövrlərdə də qanlı terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcəyik. Ümid edirəm ki, bu gün qəbul edəcəyimiz qərarlar Suriyadakı siyasi keçid prosesinə kömək edəcək".

Türkiyə lideri daha sonra deyib ki, terror təşkilatlarının xarici dəstəyi ilə Suriyanın bölünməsi prosesinə töhfə verir: "Sizdən Suriyada sabitliyə nail olmaq üçün səylərimizi dəstəkləyəcəyini gözləyirik. Mülki yaşayış məntəqələrini hədəf alan hücumlar siyasi həll səylərimizi sarsıdır. İdlibdəki terror təşkilatlarından doğan narahatlığınızı başa düşürük. Türkiyə 3,7 milyon suriyalı qardaş və bacıya ev sahibliyi edir. Bu böhranı biz yaratmamışıq, yükün yalnız bizim üzərimizə düşəcəyini gözləmək düzgün deyil. Suriyalıların hər zamankindən daha çox köməyə ehtiyacı var. BMT-nin davamlı yardımı böhranın qarşısını almağın yeganə yoludur. Ümid edirəm ki, sammit Suriya üçün sülh və əmin-amanlığa töhfə verəcək. Türkiyədən 500 mindən çox suriyalı terrorçulardan təmizlənən məntəqələrə qayıdıb. Suriyada hər zamankindən daha çox köməyə ehtiyac var. Astanalı tərəfdaşlarımızdan da eyni anlayışı gözləyirik. BMT-nin transsərhəd mexanizmi 6 ay müddətinə uzadılıb. Aydındır ki, bu müddət bütün Suriyaya yardımın planlaşdırılması üçün kifayət deyil. Aydındır ki, yeni əməkdaşlığı inkişaf etdirməyə imkan verən daha çox sammit görüşlərinin keçirilməsi faydalı olardı”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}