Ceyhun Bayramov Latviya xarici işlər naziri ilə müzakirə aparıb
Tarix: 20-07-2022 18:19 | Bölmə: Siyasət
Ceyhun Bayramov Latviya xarici işlər naziri ilə müzakirə aparıb

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Reyting.az-a bildirilib ki, nazirlər Azərbaycan və Latviya arasında ikitərəfli əməkdaşlıq gündəliyinin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.

Tərəflər, eyni zamanda Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının aktual məsələlərini üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı nazirlər, həmçinin cari regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}