Bolqarıstanın Baş naziri Azərbaycana gəlir
Tarix: 20-07-2022 21:45 | Bölmə: Siyasət
Bolqarıstanın Baş naziri Azərbaycana gəlir

Bolqarıstanın Baş naziri Kiril Petkov Azərbaycana səfər edəcək.

Reyting.az
xəbər verir ki, bunu Bolqarıstan Milli Radiosu (BNR) bildirib.

Səfərdə məqsəd Avropadakı enerji böhranı fonunda əlavə qaz tədarükünü müzakirə etməkdir.

“Qaz böhranı bütün Avropada baş verib. Ona görə də mən yaxın günlərdə Azərbaycana səfər etmək niyyətindəyəm. Azərbaycan prezidenti İlham Əliyevlə qaz tədarükünün artırılması məsələsinin müzakirəsini davam etdirəcəyik”, - deyə Petkov bildirib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}