Azərbaycanın Avropa üçün əhəmiyyəti daha da artacaq
Tarix: 21-07-2022 09:52 | Bölmə: Siyasət
Azərbaycanın Avropa üçün əhəmiyyəti daha da artacaq

Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu tərəflər arasında əməkdaşlığı yeni səviyyəyə qaldırmaqla yanaşı, Avropa İttifaqının ölkəmizin mövqeyini ən yüksək səviyyədə qəbul etdiyini göstərir.

Bunu Reyting.az-a Təkamül Partiyasının sədri, iqtisadçı-alim Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukrayna avanturası nəticəsində yaranan yeni təhlükəli beynəlxalq şəraitdə Cənubi Qafqazın, xüsusilə Azərbaycanın geosiyasi çəkisi əhəmiyyətli dərəcədə artıb.

T. Qənioğlu bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan memorandumun iki tərəf arasında gələcək əməkdaşlığın daha da genişlənməsinə yol açacaq.

Partiya sədri diqqətə çatdırıb ki, hazırda Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzərində iş aparılır. Bu işin avqust ayında başa çata biləcəyi nəzərə alınarsa, Azərbaycanın Avropa üçün əhəmiyyəti getdikcə daha da artacaq. “Bu reallığın hamı tərəfindən, xüsusilə həm Ermənistan, həm də Avropa İttifaqının üzvü Fransa tərəfindən qəbul edilməsi Cənubi Qafqazda sülhün, qarşılıqlı faydalı əməkdaşlığın tezliklə bərqərar olmasına töhfə verə bilər”,- deyə T. Qənioğlu əlavə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}