18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Ceyhun Bayramov Rusiyanın xüsusi nümayəndəsi ilə görüşüb
Tarix: 22-07-2022 18:13 | Bölmə: Siyasət
Ceyhun Bayramov Rusiyanın xüsusi nümayəndəsi ilə görüşüb

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Reyting.az
Azərbaycan XİN-ə istinadla bildirir ki, görüşdə bölgədəki cari vəziyyət ətrafında, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində müxtəlif istiqamətlər üzrə atılan addımlar üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının tam icrasının vacibliyini vurğulayıblar. Normallaşma prosesinin irəli aparılması və konkret nəticələrin əldə edilməsi üçün bütün səylərin səfərbər edilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}