Blinken: “Ermənistan və Azərbaycan sülh üçün tarixi imkanlara sahibdir”
Tarix: 26-07-2022 00:33 | Bölmə: Siyasət
Blinken: “Ermənistan və Azərbaycan sülh üçün tarixi imkanlara sahibdir”

ABŞ-ın Dövlət katibi Entoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Reyting.az
xəbər verir ki, bu barədə E. Blinken sosial şəbəkə hesabında bildirib.

E. Blinken qeyd edib ki, N. Paşinyan ilə Ermənistan və Azərbaycanın regionda sülhə nail olmaq üçün tarixi imkanlara sahib olması barədə səmərəli müzakirəsi olub:

"Mən Ermənistanın Azərbaycan və Türkiyə ilə irəliyə doğru atdığı müsbət addımları yüksək qiymətləndirirəm. Region ölkələri arasında müzakirələr Cənubi Qafqazda davamlı sülhün açarıdır", - Blinken qeyd edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}