MSK yeni komissiyanın tərkibini təsdiqləyib
Tarix: 26-07-2022 16:28 | Bölmə: Siyasət
MSK yeni komissiyanın tərkibini təsdiqləyib

Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə Komissiyanın yeni tərkibi müəyyənləşib.

Reyting.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qərara əsasən, komissiyayaə MSK sədrinin müavini sədrlik edəcək.

Komissiyanın tərkibi aşağıdakı kimidir:

MSK üzvləri: Rövzət Qasımov, Ramiz İbrahimov, Qabil Orucov, Almaz Qəhrəmanlı, Nailə Əsgərova, İlkin Şahbazov.

Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndələri, Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş Mərkəzinin nümayəndəsi, BŞİH-in təmsilçisi də sözügedən komissiyanın tərkibində iştirak edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}