Ramiz Mehdiyev ittihamlara cavab verməkdən yayınır
Tarix: 26-07-2022 16:40 | Bölmə: Siyasət
Ramiz Mehdiyev ittihamlara cavab verməkdən yayınır

AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev Milli Məclis sədrinin müavini Adil Əliyevin onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Reyting.az
xəbər verir ki, o, bu barədə Müsavat tv-nin canlı efirində bildirib.

“Məni belə məsələlərə qatmayın, bu barədə heç nə danışmaq istəmirəm”, – deyə R. Mehdiyev əlavə edib.

Xatırladaq ki, Adil Əliyev sosial şəbəkədəki son paylaşımında ona qarşı kampaniya aparıldığını deyib.

O bildirib ki, prezident İlham Əliyevin apardığı geniş islahatlar və buna mane olmağa çalışan “5-ci kolon” barədə son geniş müsahibəsi radikal müxalifətə, onların xaricdəki söyüşçül “internet bürolarına” və Ramiz Mehdiyevin şəbəkəsinə necə yer edibsə, birləşib ona qarşı şər və böhtan kampaniyasına başlayıblar: "Bir daha əmin oldum ki, əslində bu üç qüvvə birgə hərəkət edir, hədəf seçdiklərinin üzərinə birgə “hücum” təşkil edirlər. Eyni mərkəzdən idarə olunduqları aşkardır...".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}