18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Müsavat başqanının müşavirinə həbs cəzası verilib
Tarix: 27-07-2022 13:01 | Bölmə: Siyasət
Müsavat başqanının müşavirinə həbs cəzası verilib

Müsavat Məclisinin üzvü, partiya başqanının müşaviri Əlikram Xurşidov tutulub. İyulun 26-da saxlanan müsavatçıya həmin gün Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib. O, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib. Əlikram Xurşidovun iyulun 20-si paytaxtda quru sərhədlərin açılması tələbi qoyulan aksiyada iştirak etdiyi vurğulanır.

Şirvan şəhərində yaşayan Əlikram Xurşidov 2017-ci il noyabrın 22-dən həbs həyatı yaşayıb, siyasi məhbus sayılıb, 2019-cu il martın 17-də əfv sərəncamı ilə azad edilib.

Müsavat Partiyasından verilən başqa bir məlumata görə, Bakının Binəqədi rayonunda, Daxili İşlər Nazirliyinin inzibati həbs məntəqəsində saxlanan müsavatçı Əziz Məmiyevə kəsilmiş cəzadan apellyasiya şikayəti hazırlanır.

Bir qrup fəal iyulun 20-si paytaxtda, Nazirlər Kabinetinin binası qarşısında piket keçirməyə cəhd göstərib. Bakı Şəhər İcra Hakimiyyəti quru sərhədlərin açılması tələbi qoyulan aksiyaya razılıq vermədiyi üçün polis əməkdaşları toplaşanları dağıdıb. Aksiyada tutulan Müsavat Partiyasının üzvü Əziz Məmiyevə həmin gün Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib. İttihama görə, müsavatçı polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayıb.

Müdafiəçiləri ittihamı rədd edir. Bakı Apellyasiya Məhkəməsinə şikayətdə müsavatçıya bəraət verilməsi və onun azadlığa buraxılması istənəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}