Gürcüstan XİN başçısı Çavuşoğlu ilə brifinqdə: “Bölgədə sülhə alternativ yoxdur”
Tarix: 28-07-2022 15:33 | Bölmə: Siyasət
Gürcüstan XİN başçısı Çavuşoğlu ilə brifinqdə: “Bölgədə sülhə alternativ yoxdur”

“Gürcüstan regionda sülh və dialoqun qurulmasına sadiqdir. Belə ki, bölgədə sülhə alternativ yoxdur”.

Bu fikirləri Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə brifinqdə deyib.

O, Türkiyənin XİN başçısı ilə görüşdə regionda təhlükəsizlik məsələləri, həmçinin Cənubi Qafqazda baş verən proseslərin müzakirəsini apardığını bildirib: “Əminəm ki, birgə səylərlə biz mövcud çağırışların öhdəsindən gələ bilərik. Əməkdaşlığın daha da dərinləşdirilməsi regionda sabitlik və inkişaf üçün zəmin yarada bilər”/Report.

O, əlavə edib ki, dünyada baş verən prosesləri nəzərə alsaq, bölgəmizin bağlılıq baxımından əhəmiyyəti artır.

Nazir bildirib ki, Türkiyənin XİN başçısı ilə ikitərəfli münasibətlərin inkişafı perspektivləri, strateji regional layihələri, nəqliyyat və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib.

XİN başçısı Türkiyənin Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyib: “Türkiyənin Gürcüstanın xarici siyasət üzrə prioritetlərini dəstəkləməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}