Cəmil Həsənli Milli Şuranın sədri vəzifəsindən istefa verəcək
Tarix: 30-07-2022 11:02 | Bölmə: Siyasət
Cəmil Həsənli Milli Şuranın sədri vəzifəsindən istefa verəcək

Milli Şuranın sədri Cəmil Həsənli tutduğu vəzifədən getməyə hazırlaşır.

C. Həsənli "BBC Azərbaycanca"ya müsahibəsində deyib ki, Milli Şura sədrliyindən getməklə bağlı təklif verib:

“Milli Şura gəncləşməlidir, yeniləşməlidir. Mən artıq 8-ci ildir bu təşkilatın rəhbərliyindəyəm. Nəyəsə insanları çağırırsansa, əvvəl özün o prosesin önündə olmalısan”.

C. Həsənli bildirib ki, Londonda, Parisdə, Berlində, ya da Vaşinqtonda oturub insanları riskli bir cəmiyyətdə etiraza çağırmağın əlavə mənəvi yükü də var: “Yaşın elə bir həddidir ki, hər yerdən, o cümlədən bu dünyadan da gərək vaxtında gedəsən”.

Müxalifətçi diqqətə çatdırıb ki, Milli Şuranın sədrliyindən istefa versə də, Şuranın rəhbərliyində qalmaq niyyətindədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}