Zaxarova: “Erməni və azərbaycanlı dostlarımızı Rusiya ərazisində qəbul etməyə hazırıq"
Tarix: 02-08-2022 16:02 | Bölmə: Siyasət
Zaxarova: “Erməni və azərbaycanlı dostlarımızı Rusiya ərazisində qəbul etməyə hazırıq"

“Moskva Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanmasına fəal şəkildə töhfə verir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev qarşılıqlı faydalı baza prinsiplərinə çıxış əldə edilməsi, həmçinin təmas nöqlərinin tapılması üçün tərəflərlə müntəzəm məsləhətləşmələr aparır.

O, Moskvanın Bakı-İrəvan sərhəd komissiyasının ikinci iclasını keçirməyə hazır olduğunu vurğulayıb: “Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası həm də Cənubi Qafqazdakı qonşularımız arasında dialoqun yaxşılaşdırılması üçün Rusiyanın vasitəçilik səylərinin mühüm istiqamətlərindən biridir. Biz hər zaman erməni və azərbaycanlı dostlarımızı Rusiya ərazisində qəbul etməyə hazırıq. Əminik ki, postsovet məkanında delimitasiya və demarkasiya məsələsində ölkəmizin unikal peşəkar imkanları və səriştəsi sərhəddə və bütövlükdə regionda təhlükəsizliyi əhəmiyyətli dərəcədə gücləndirə bilər. Bu və ya digər tədbirlərin keçirilməsinin konkert vaxtını isə Bakı və İrəvan müəyyənləşdirəcək. Onlar bununla bağlı qərar verdikdən sonra bu barədə məlumat verəcəyik”/Report.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}