07:56 / 14-05-2025
Zaxarova Makronu ələ salıb
Keçmiş səfirin qardaşı DİN-də yüksək vəzifəyə təyin olunub
Tarix: 02-08-2022 17:46 | Bölmə: Siyasət
Keçmiş səfirin qardaşı DİN-də yüksək vəzifəyə təyin olunub

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov sabiq səfirin qardaşına yüksək vəzifə verib.

Reyting.az
Qaynarinfo-ya istinadla xəbər verir ki, Nəsimi Məzi oğlu Şikarov bir müddət əvvəl Daxili İşlər Nazirliyinin Səfirlik yanında nümayəndəsi vəzifəsindən geri çağrılıb.

Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovniki Nəsimi Şikarov DİN-in Baş Cinayət Axtarışı İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nəsimi Şikarov məşhur diplomat, Azərbaycanın BƏƏ, Pakistan və Əfqanıstandakı keçmiş səfiri Daşqın Şikarovun qardaşıdır.




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib