Kreml: "Qarabağdakı gərginlikdən narahatıq"
Tarix: 04-08-2022 15:48 | Bölmə: Siyasət
Kreml: "Qarabağdakı gərginlikdən narahatıq"

Kreml Qarabağdakı gərginlikdən narahatdır və tərəfləri sakitliyə və üçtərəfli razılaşmaların icrasına çağırır.

Reyting.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskov deyib ki, Rusiya və Ermənistan arasında sıx təmaslar Qarabağda sülhməramlıların hərəkətləri ilə bağlı məsələlərin aydınlaşdırılmasına kömək edəcək.

Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağda sülhməramlı əməliyyatın təfərrüatlarını dəqiqləşdirməyin zəruri olduğunu bəyan edib.

“Başlanğıc nöqtəsi olan üçtərəfli sənədlər var. Əsas odur ki, tərəflər bu sənədlər üzrə götürdükləri bütün öhdəlikləri yerinə yetirsinlər. Suallar varsa, təbii ki, onlara cavab verilməlidir. Eyni zamanda, erməni tərəfi ilə müxtəlif səviyyələrdə mövcud olan sıx təmaslar bizə mövcud məsələlərə aydınlıq gətirməyə imkan verəcək”, - deyə Peskov vurğulayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}