Britaniya Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyir
Tarix: 05-08-2022 10:04 | Bölmə: Siyasət
Britaniya Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyir

Britaniyanın ölkəmizdəki səfirliyi ötən gün Azərbaycan Respublikasının Londondakı səfirliyində baş verən insidentlə bağlı açıqlama yayıb.

Səfirlikdən bildiriblər ki, Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hal-hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır.

Aıqlamada qeyd olunur ki, polis binadakı səfirlik əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb və 8 nəfər həbs edilib. “Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan Səfirliyi ilə əlaqə saxlayır”, - açıqlamada qeyd olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}