Türkiyə-Ermənistan nümayəndələrinin görüşü barədə ziddiyyətli məlumat yayılıb
Tarix: 11-08-2022 14:56 | Bölmə: Siyasət
Türkiyə-Ermənistan nümayəndələrinin görüşü barədə ziddiyyətli məlumat yayılıb

Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin münasibətlərin normallaşdırılması üzrə növbəti görüşü sentyabrda keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu barədə “A Haber” telekanalı Xarici İşlər Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.

“Ermənistanla münasibətlərin normallaşması prosesi davam edir. Ermənistanla beşinci görüş sentyabrda baş tutacaq. Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, proses kövrəkdir, davamlı sülhə nail olmaq lazımdır”, - deyə telekanal qeyd edib.

Eyni zamanda, mənbənin sözlərinə görə, Türkiyə Ermənistanla normallaşma ilə bağlı üçüncü ölkədə görüşün keçirilməsinin əleyhinədir: “Bu, düşmənlərin görüşü deyil, üçüncü ölkədə keçirilməməlidir”.

Onu da qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr arasında hazırda növbəti görüş barədə hər hansı razılığın olmadığını deyib.

“Sputnik Armenia” xəbər verir ki, Vaan Unanyan Türkiyə təmsilçisi səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında növbəti görüş barədə məlumatı ictimaiyyətə öncədən açıqlayacaqlarını əlavə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}