Sülhməramlıların Laçın dəhlizindəki postları sökülür - Fotolar
Tarix: 24-08-2022 13:00 | Bölmə: Siyasət
Sülhməramlıların Laçın dəhlizindəki postları sökülür

Laçın dəhlizində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi postların sökülməsinə başlanılıb.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, söküntü işlərinə avqustun 23-dən start verilib və davam etdirilir.

Bununla da Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri aid olduğu dövlətin - Azərbaycanın nəzarətinə keçəcək.

Müvəqqəti postlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağla Ermənistan arasında əlaqəni təmin edən yeni hərəkət marşrutunda quraşdırılacaq.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}