“İrəli” İctimai Birliyinə sədr seçilib
Tarix: 25-08-2022 12:39 | Bölmə: Siyasət
“İrəli” İctimai Birliyinə sədr seçilib
Şahin Rəhmanlı

Bu gün “İrəli” İctimai Birliyinin VIII hesabat-seçki konfransı keçirilib.

Reyting.az
xəbər verir ki, konfransda dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, millət vəkilləri, media mənsubları və 500-ə yaxın gənc iştirak edib.

Konfransda əvvəlcə Birliyin ümumi yığıncağında təşkilatın son iki ildəki fəaliyyətinə dair hesabat məruzəsi dinlənilib, habelə yeni tərkibdə İdarə Heyətinin seçilməsi məsələsi müzakirə olunub.

Yeni tərkibdə İdarə Heyəti formalaşdıqdan sonra İdarə Heyətinin sədri vəzifəsinə seçkilər keçirilib.

Səsvermənin nəticələrinə əsasən, hazırki sədr Şahin Rəhmanlı yenidən növbəti iki il müddətinə təşkilatın İdarə Heyətinə rəhbərlik edəcək.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}