23:12 / 15-09-2025
"Qarabağ"ın futbolçusu: "Benfika"nı yaxşı təhlil etmişik"
20:02 / 15-09-2025
Payız “Ulduz”u görüşünüzə gəlib - Foto
19:24 / 15-09-2025
Xalq artistinin nəşi Azərbaycana gətiriləcək
18:04 / 15-09-2025
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
18:00 / 15-09-2025
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
17:51 / 15-09-2025
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
17:49 / 15-09-2025
"Benfika"nın baş məşqçisi: "Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyirik"
17:37 / 15-09-2025
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
17:30 / 15-09-2025
Azərbaycan INFE-yə tamhüquqlu üzv olub
17:20 / 15-09-2025
"Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək
16:57 / 15-09-2025
İş adamı Vüsal Abbasov həbs edilib
16:52 / 15-09-2025
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
16:39 / 15-09-2025
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verib
16:09 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu təltif edib - (Yenilənib)
15:58 / 15-09-2025
Əli Əsədov sərəncam imzalayıb
15:55 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Yenilənib
15:27 / 15-09-2025
Prezident Qarabağda dörd kəndin sakinləri ilə görüşüb - Yenilənib
15:11 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15:07 / 15-09-2025
Ruslar daha bir yaşayış məntəqəsini işğal edib
15:00 / 15-09-2025
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
14:54 / 15-09-2025
70 yaşlı müğənni: "Xalq artisti adı istəyirəm"
14:44 / 15-09-2025
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
14:36 / 15-09-2025
Rusiyanın NATO sərhədlərini pozmasına səbəb nədir?
14:18 / 15-09-2025
Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq
13:58 / 15-09-2025
Keyt Kelloq: Rusiya müharibəni uduzur
13:49 / 15-09-2025
Qərbi Azərbaycan İcması "Qərbi Azərbaycan TV" ilə bağlı məlumat yayıb
13:48 / 15-09-2025
Rusiya sərgi tankını cəbhə xəttinə göndərir
13:38 / 15-09-2025
Prezident Ərdoğan Qətərə gedib
13:13 / 15-09-2025
Masazırda 57 yaşlı kişini "tok" vurub
13:03 / 15-09-2025
Zakir Həsənov Bakıda Türkiyə Baş Qərargah rəisini qəbul edib
06:10 / 11-09-2025

13:31 / 11-09-2025

20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

10:33 / 11-09-2025

22:10 / 12-09-2025

Şovinist fars rejimi məhvə məhkumdur: Cənubi Azərbaycanın müstəqilliyi qaçılmazdır!
Tarix: 25-08-2022 18:24 | Bölmə: Siyasət

Azərbaycanın cənub qonşusu olan İran dövləti müasir dünya nizamında oynadığı destruktiv missiyadan imtina edə bilmir. Bütün dünya tərəfindən təcrid olunması və sərt sanksiyalar da bu ölkənin idarəetməsindəki şovinist təzahürləri, imperialist maraqları neytrallaşdırmayıb.
İran, qlobal təhlükəsizlik üçün hazırda ən böyük təhdidlərdən biri hesab edilən Cənubi Qafqazla yanaşı, Yaxın Şərqdə də sabitliyin yaranmasında maraqlı görünmür. İranın dəstəklədiyi bir çox qruplar Yaxın Şərqdə törədilən təxribatlarla regional təhlükəsizliyə kəskin zərər verirlər.
Cənubi Qafqazda isə İran dövləti müvafiq missiyanı birbaşa icra edir. İran hakimiyyətinin şüurunda həkk olunmuş “Qafqazın sahibi bizik” xülyası bu ölkənin atdığı hər addımda, siyasətçilərinin çıxışlarında, dövlətin əlaltısı olan media orqanlarının sifarişli yazılarında ortaya çıxır.
İş o yerə çatır ki, hətta üzərində diplomat kimliyi daşıyan, beynəlxalq hüquqdan çıxış etməli olan İran rəsmiləri belə, beynəlxalq hüququ, qanunları və dövlətlərarası münasibətləri heçə sayan sərsəm açıqlama verməkdən çəkinmirlər.
Məsələn, son olaraq İran tərəfindən nüvə sazişi ilə bağlı danışıqlarda iştirak edən Əbülfəzl Zuhtəvənd adlı şəxsin həddini olduqca aşan səs yazısı üzə çıxıb.

Həmin səs yazısında iranlı “diplomat” ölkəsinin hakimiyyətinin Azərbaycan və Türkiyə ilə bağlı keçirdiyi kəskin narahatlığı dilə gətirir. Sözügedən iranlı Azərbaycanın Naxçıvan bölgəsinin və bütünlükdə respublikanın İran tərəfindən ilhaq edilməli olduğunu söyləyir, Türkiyəni Qafqazda özləri üçün təhlükə kimi görür, erməniləri isə İranın çoxəsrlik müttəfiqi kimi qələmə verir...
Tehranın məkrli siyasəti
İran dövləti özünün nüfuz dairəsində əsas təsir rıçaqı kimi əsasən din amilindən istifadəyə cəhd göstərir. Halbuki, İran öz fəaliyyəti ilə, hakimiyyətinin seçdiyi kursla “İslam” sözünün yalnız ölkənin rəsmi adındakı bir ifadədən ibarət olduğunu çoxdan sübuta yetirib. Yəni İran dövlətinin məramı qətiyyən islamın ali dəyərlərinə söykənmir, əksinə, həmin ali dəyərlərdən öz fitnə dolu siyasətində istifadəyə cəhd göstərir. Təkcə Qarabağda islam mədəniyyəti abidələrinə qarşı erməni vandallığına göstərilən biganə münasibət belə, İran üçün dünya müsəlmanlarının, islam dəyərlərinin necə əhəmiyyətsiz olduğunu görməyə kifayət edir.
Həmçinin İran islam aləminin özündə belə, fitnələrin olmasında, xaosun hökm sürməsində maraqlı tərəfdir və bunun üçün də şiə amilini daim gündəmdə saxlayır. Belə ki, İran dünyada şiə məzhəbinə inanmış müsəlmanların hər birinin üzərində haqq sahibi olduğunu düşünür və bu sahədə inhisarçı siyasət yürüdür. Dini öz siyasətinə uğurla alət edən İran məhz bu yolla xüsusilə Yaxın Şərqdə bir çox qarşıdurmaları idarə edir, müsəlmanların başına gələn saysız-hesabsız bəlaların arxasında dayanır.
Halbuki, islam dini müasir dünyada hansısa dövlətə, o cümlədən İrana, müsəlmanlar üzərində hökmranlıq statusu nəzərdə tutmur. Yox, əgər İran buna haqqı olduğunu düşünürsə, bunda da kökündən yanılır. İlk növbədə ona görə ki, İran dövlətinin ortaya qoyduğu siyasət və dünyada ona qarşı haqlı olaraq formalaşmış imic nəinki islama xidmət edir, əksinə, müsəlmanların müqəddəs dininə qarşı mənfi rəy yaradır.
Kommunizm, faşizm və imperializm...
İran dövlətinin hazırkı mənzərəsinə təkcə din amili ilə qiymət vermək də azdır. Çünki bu mənada Tehran hakimiyyəti üçün spesifik başqa dəhşətli məqamlar da mövcuddur. Cənub qonşumuzda xalqların azadlığına qoyulan “hörmət”i asanlıqla kommunizm dövrü, SSRİ-nin qılıncının hər iki tərəfinin kəsdiyi vaxtlarla müqayisə etmək olar. Eynilə müqayisə etdiyimiz SSRİ kimi, İranda da bir üstün xalq anlayışı var və digər xalqların hüquqları, maraqları, istəkləri və gələcəyi inadkarlıqla görməzdən gəlinir.
Faşist Almaniyasında olduğu kimi, İran siyasəti də ölkəni idarə edən, əlahiddə hüquqlara sahib ola biləcək hansısa “ali irq”in olması düşüncəsini daşıyır və bu “ali təbəqə” birbaşa olaraq farslardan təşkil olunur. Digər xalqlar, o cümlədən 30 milyonluq azərbaycanlılar isə İran dövlətinin şovinist siyasətinin qurbanına çevrilirlər.
İranda 30 milyondan artıq azərbaycanlının olması faktının özü də Tehran tərəfindən böyük təhlükə olaraq görülür. Bu “təhlükə” İranı o qədər qorxudur ki, cənublu soydaşlarımızın ən adi hüquqlarını belə, əllərindən almaqdan çəkinmir. Məsələn, milyonlarla azərbaycanlının yaşadığı Təbriz şəhərində yerli əhalinin, azərbaycanlıların ana dilində təhsil ala biləcəyi bircə məktəbin olmaması İran rejiminin yürütdüyü siyasətin iyrənc üzünü açıq şəkildə ortaya qoyur.
İran imperializmi tarixin izlərini silməyə, azərbaycanlıları bütün platformalarda sıxışdırmağa çalışır. Bunu edərkən isə bir vaxtlar ucsuz-bucaqsız torpaqları, o cümlədən müasir İran dövlətinin yerləşdiyi ərazini idarə etmiş türk sülalələrini belə, farslaşdırmaq cəhdlərindən utanmır. Səfəvilərin, əfşarların, qacarların türk olması faktına dözümsüz yanaşır, tarixi saxtalaşdırmağa əl atırlar. Çünki türk – azərbaycanlı adı fars şovinizmi üçün ən böyük təhdid olaraq görülür. Buna səbəb isə reallığın dərk edilməsi, azərbaycanlıların tarixinin böyüklüyü qarşısındakı acizlik və həmin tarixin təkrarlanması qorxusunun verdiyi sonsuz miskinlikdir.
Lakin bu ədalətsizliyə, zülmə beynəlxalq ictimaiyyət heç də səssiz qalmamalıdır. 50 milyonluq Azərbaycan ailəsinin 30 milyonluq hissəsinin üzləşdiyi İranın şüurlu şovinist siyasətinin fəsadları, təzahürləri yolverilməzdir.
Onu da qeyd etmək lazımdır ki, İranda yaşayan soydaşlarımız bu amansız siyasətlə mübarizələrini bu günə qədər davam etdirirlər. Onlar öz milli kimliklərini bu günə qədər qoruyub-saxlamağı bacarırlar və adət-ənənələrimizi, daşıdıqları türk qanının ən nəcib xüsusiyyətlərini var gücləri ilə yaşadırlar.
Tarixən İranda baş vermiş, demək olar ki, bütün inqilabların mərkəzi Təbriz şəhəri olub. Hətta hazırda İranda hökm sürən molla rejiminin hakimiyyətə gəlməsi ilə nəticələnən İran İslam İnqilabında da azərbaycanlıların tarixi şəhəri mühüm rol oynayıb. Lakin bu gün İran dövləti azərbaycanlıların yaşadıqları bütün bölgələri olduğu kimi, bu tarixi şəhəri də “Allahın ümidinə buraxıb”.
Urmiya gölünün qurumasına laqeydlik, bölgədəki ekoloji təhlükələrə biganə yanaşma, azərbaycanlıların yaşadıqları ərazilərdə hökm sürən acınacaqlı sosial-iqtisadi vəziyyət, şəhərlərin bərbad infrastrukturu təsadüfdürmü? İran siyasətinin məkrli tərəflərini dərindən götür-qoy etdikdə heç bir şeyin təsadüf olmadığı gün kimi aydın olur...
Cari vəziyyət və İran rejiminin getdikcə artan təzyiqləri cənubda yaşayan soydaşlarımız üçün fərqli çağırışları ön plana çıxarır. Hətta sözügedən durumun daha da pisləşməsi Cənubi Azərbaycanın müstəqilliyi məsələsini də aktuallaşdıra bilər. Çünki sözügedən ədalətsizlik və təzyiqlər xalqlara qarşı göstərilən zülm, mütləq şəkildə onların özünümüdafiə mexanizmlərini işə salmalıdır. Şovinizm və imperializmlə mübarizə üçün bölgənin 30 milyonluq xalqının müstəqillik yoluna qədəm qoyması isə yəqin ki, onların ən ali hüquqlarından biri olmalıdır.
Bütün bunlar İranın yürütdüyü şovinist siyasətə ən tutarlı cavab variantları kimi aktuallaşa bilər. SSRİ-nin illərlə yürütdüyü siyasətə qarşı çıxaraq öz müstəqilliyini əldə edən Azərbaycan dövləti bu mənada ən böyük örnək təşkil etməlidir. Azərbaycan xalqının apardığı mübarizə və yekunda 70 illik əsarətə son qoyulması cənublu soydaşlarımız üçün də ibrət olmalıdır.
İran-Ermənistan “dostluğu”
Əslində, “İran-Ermənistan dostluğu” ifadəsi günümüz üçün nə qədər aktual səslənsə də, bir o qədər də absurd ifadədir. Çünki yuxarıda qeyd olunan xislətlərə sahib bir rejimin kiminləsə dost olması inandırıcı deyil. Burada ermənilərin İran üçün sadəcə bir alət kimi görülməsi reallığını da vurğulamaq lazımdır. Çünki İran özü kimi şovinist olan ermənilərlə əlbir şəkildə regionda xaos yaratmaq ideyalarını daha rahat yerinə yetirə bilir. İran tərəfindən Türkiyə və Azərbaycan amili regiondakı böyük təhlükə kimi görülür və bu mənada Ermənistandan istifadə etmək Tehran üçün cəlbedicidir.

İran və Ermənistanı bir-birinə bağlayan şovinist təfəkkür isə onlar arasındakı bağları daha da artırır. Lakin əsasında sözügedən destruktiv faktorların dayandığı bir “müttəfiqliyin” regionda yaranan yeni reallıqlara qarşı durmaq iqtidarında olmaması da danılmaz fakt olaraq Tehranın qarşısına çıxır.
Odur ki, İranda müşahidə olunan “hay-küy”ün səbəbi də məhz budur. 44 günlük müharibədən sonra da Xankəndiyə qatar-qatar TIR yola salan İran, Azərbaycanın haqlı mövqeyinə qarşı dura bilməyərək bu əməlindən çəkinməli olmuşdu.
Bu gün isə İranda Azərbaycana qarşı gözünü yumub, ağzını açanların aqibətinin də eyni olacağı heç kimdə şübhə doğurmur. İran dövləti dünyadan təcrid olunmasının əsl səbəbini hələ də görməyi bacarmır - şovinizmin, ölkə rəhbərliyini ağuşuna alan imperializmin özünü məhvə apardığının fərqində deyil.
Eynilə Tehran Azərbaycanın regionda yaratdığı yeni reallıqları da tam şəkildə dərk edə bilmir, ambisiyalarının əsiri olduğu üçün məntiqi mülahizələr apararaq düzgün nəticə çıxarmağı bacarmır. Cənubi Qafqazı öz mülkü kimi görmək həvəsinin onun özü üçün doğurduğu təhlükələri real qiymətləndirə bilmir.
Bütün bunların fonunda isə Azərbaycan regionun söz sahibi dövləti statusunu qoruyur və möhkəmləndirir. Ölkəmiz hadisələrin istənilən inkişaf ssenarisinə cavab verəcək şəkildə qüvvətlənir.
Belə olan halda isə İranda “hay-küy” salanların canlarına qorxu düşür, öz iyrənc düşüncələrini dilə gətirmələrinə səbəb olur. Cənubi Qafqazın hazırkı konyunkturunu düzgün təhlil edənlər, yeni reallıqları qiymətləndirməyi bacaranlar üçün isə bu cür çıxışlar “köpəyin, əslində, qorxduğu üçün hürməsi” misalını xatırladır...
Cənubi Qafqazda xaos üçün çalışan və hər vəchlə sabitliyə zərbə vurmağa hazır olan destruktiv qüvvələr üçün isə “məhşər” yaxınlaşır. Müasir dünya nizamında sabitlik və inkişaf dövlətlərarası mehriban münasibətlərdən birbaşa asılıdır. Bu qanunauyğunluğa qarşı çıxan və ayaqlaşmayan rejim üçün sonuncu “qonq” səsi artıq səslənib və nəticələrini görəcəyimiz gün uzaqda deyil...(Oxu.az)
Orxan TAĞIYEV
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:35
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
Bu gün, 12:22
Fransanın yeni səfiri Bakıya gəlir
Bu gün, 09:05
NATO qoşunları Polşaya gələcək
12-09-2025, 15:54
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
12-09-2025, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
12-09-2025, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
12-09-2025, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
12-09-2025, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
11-09-2025, 23:47
ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdi"
11-09-2025, 08:08
USAID Ukraynanın kibertəhlükəsizliyinə 2 milyon dollar ayırıb
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib