Rəsmi Bakı BMT-ni qınayıb: "Azərbaycana münasibətdə “Marşal planı” yoxdur"
Tarix: 27-08-2022 16:10 | Bölmə: Siyasət
Rəsmi Bakı BMT-ni qınayıb: "Azərbaycana münasibətdə “Marşal planı” yoxdur"

"Münaqişə başa çatandan sonra BMT-nin ali rəhbərliyi tərəfindən hələ də regiona səfər olmayıb".

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, 30 ildən artıq davam edən, bu qədər humanitar fəlakətlərə, faciələrə səbəb olmuş post-münaqişə şəraitində BMT-nin ali rəhbərliyi səviyyəsində regiona səfər edilməli və bu münaqişənin həll edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi faktları, əslində təqdir olunmalı idi: "Təəssüflər olsun ki, necə BMT Təhlükəsizlik Şurasının qətnamələri 30 il masa üzərində qaldısa, biz bu məsələdə də BMT rəhbərliyi tərəfindən hər hansı ciddi fəaliyyət müşahidə etmirik”.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan artıq belə münasibətə öyrəşib: "Azərbaycana münasibətdə “Marşal planı” yoxdur. Bəlkə Azərbaycan xalqı və dövləti onların təqdim edəcəyi formada bunun arzusunda da deyil. Bizim özümüzün milli resurslarımız var. Amma burada həmrəylik nümunələri çox vacibdir. Məsələn, Türkiyənin, Qazaxıstanın, Özbəkistanın qardaş dəstəyi, Füzuli şəhərində məktəb layihəsi ilə bağlı təkliflər və digər layihələr həmrəyliyin, qardaşlığın nümunəsidir. Bu kimi addımlar Azərbaycan tərəfindən də müsbət qiymətləndirilir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}