Türkiyə səfiri: "Bu, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirilə bilər"
Tarix: 29-08-2022 13:46 | Bölmə: Siyasət
Türkiyə səfiri: "Bu, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirilə bilər"

“Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə verilməsi bir qədər gec oldu, çünki üçtərəfli bəyanata əsasən, bu, daha əvvəl baş verməli idi. Bu ərazilərin qaytarılması Azərbaycanın ərazi bütövlüyünün və bir zamanlar işğal altında olan bütün ərazilər üzərində suverenliyinin bərpası baxımından çox mühüm hadisədir”.

Reyting.az
xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Şuşada keçirilən beynəlxalq konfransda jurnalistlərə deyib.

O bildirib ki, Azərbaycanın iradəsi və əzmkarlığı sayəsində bu ərazilər ölkənin nəzarətinə qayıdıb.

Səfir daha sonra ABŞ və Fransa səfirlərinin Şuşayə səfərdən yayınmalarına toxunub.

O, Prezidentin köməkçisi Hikmət Hacıyevin iradını yada salaraq, qeyd edib ki, bu, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirilə bilər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}