Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin növbəti görüşü Brüsseldə keçiriləcək
Tarix: 31-08-2022 13:01 | Bölmə: Siyasət
Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin növbəti görüşü Brüsseldə keçiriləcək

Azərbaycan və Ermənistanın Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın üçüncü görüşü Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, növbəti görüş Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündən sonra – bu ay ərzində baş tutacaq/Report.

Xatırladaq ki, ötən gün Rusiyanın paytaxtı Moskvada Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya üzrə Dövlət Komissiyasının və Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci iclası keçirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}