Metyu Brayza: “İki ölkə lideri Azərbaycan-Ermənistan sərhədini müəyyən etmək əzmindədir"
Tarix: 02-09-2022 11:06 | Bölmə: Siyasət
Metyu Brayza: “İki ölkə lideri Azərbaycan-Ermənistan sərhədini müəyyən etmək əzmindədir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında dördüncü görüş regionda sülhə sadiqliyin müsbət əlamətidir.

Reyting.az
xəbər verir ki, bunu “Trend”ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Xatırladaq ki, avqustun 31-də İlham Əliyev Şarl Mişel və Nikol Paşinyan ilə görüşüb. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra artıq dördüncü dəfədir ki, belə bir görüş keçirilir.

M. Brayza qeyd edib ki, bu yaxınlarda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən, Azərbaycan Laçın şəhəri üzərində nəzarəti bərpa edib və keçirilən üçtərəfli görüş danışıqlar prosesinə yeni təkan verə bilər.

"Ümid edirəm ki, bu o deməkdir ki, Ermənistanın baş naziri öz siyasi gücünü möhkəmləndirir və Azərbaycanla sülh istəməyənlərə müqavimət göstərə biləcək", - deyə keçmiş səfir bildirib.

Onun sözlərinə görə, belə bir görüşün baş tutması müsbət hadisədir.

"Bu o deməkdir ki, iki ölkə lideri sülh müqaviləsi üzrə danışıqları davam etdirmək, eləcə də Azərbaycanla Ermənistan arasında beynəlxalq sərhədi müəyyən etmək əzmindədir", - deyə M. Brayza əlavə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}