11:03 / 16-01-2025
Analar inananda - Fotolar
Ermənistan Azərbaycana qarşı növbəti təxribat törədib
Tarix: 03-09-2022 10:18 | Bölmə: Siyasət
Ermənistan Azərbaycana qarşı növbəti təxribat törədib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər edib.

Reyting.az
-ın məlumatına görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər ki, 2 sentyabr 2022-ci ildə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Xankəndi şəhərinə qanunsuz səfər etməsi Ermənistan tərəfinin növbəti təxribatıdır və iki dövlət arasında münasibətlərin normallaşması cəhdlərinə xələl gətirir.

XİN bəyan edir ki, Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan növbəti görüşdən dərhal sonra Ermənistan rəsmisi tərəfindən məqsədyönlü şəkildə atılan bu qanunsuz addım, görüş zamanı əldə edilmiş razılıqlara kölgə salmaqla yanaşı, Ermənistan tərəfinin normallaşma prosesində səmimi olmadığını açıq nümayiş etdirir.

Bu qanunsuz səfər, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığı, suverenlik və dövlət sərhədləri prinsiplərini qəbul etdiyinə dair bəyanatlarının səmimiyyətdən uzaq olduğunu göstərir.

Bu, həmçinin rəsmi Yerevan tərəfindən beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlikdir.

XİN Ermənistan rəsmisinin təxribatçı addımını qətiyyətlə qınayır və vurğulayır ki, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı atılan hər hansı addımlar cavablandırılacaqdır.




Bölməyə aid digər xəbərlər