11:03 / 16-01-2025
Analar inananda - Fotolar
Lavrov Ermənistan XİN başçısı ilə sülh müqaviləsi barədə müzakirə aparıb - Açıqlama
Tarix: 06-09-2022 00:22 | Bölmə: Siyasət
Lavrov Ermənistan XİN başçısı ilə sülh müqaviləsi barədə müzakirə aparıb

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefonda müzakirə aparıb.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müzakirədə əsas mövzu regional məsələlərə və Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərinin hərtərəfli həyata keçirilməsinə dair öhdəliklər olub: "Tərəflər bir daha öhdəliklərə sadiqliyini təsdiqləyib. Bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması, işlərin görülməsi kontekstində gələcək addımlar, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin parametrlərinin işlənib hazırlanması müzakirə edilib”.




Bölməyə aid digər xəbərlər