Ali Məhkəmə 4 erməni hərbçini azadlığa buraxıb
Tarix: 08-09-2022 17:42 | Bölmə: Siyasət
Ali Məhkəmə 4 erməni hərbçini azadlığa buraxıb

Azərbaycan Ali Məhkəməsi Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində olmuş 4 şəxs barəsində olan kassasiya şikayəti üzrə məhkəmə prosesləri keçirib.

Reyting.az
xəbər verir ki, şikayətlərə hakim Nazim Mövsümov və İlkin Rəcəbovun sədrliyi ilə baxılıb.

Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı ilə məhkumlara aid hissə dəyişdirilib.

Həmin şəxslərə 1 il 8 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Beləliklə, onların həbs cəzası bitmiş sayılıb və dərhal cəzaçəkmə müəssisəsindən azad ediliblər.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar 6 il müddətinə azadlıqdan məhrum edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}