18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Beynəlxalq səyyahlar Füzuli şəhərində olublar - Fotolar
Tarix: 09-09-2022 09:59 | Bölmə: Siyasət
Beynəlxalq səyyahlar Füzuli şəhərində olublar

Beynəlxalq səyyahlar Qarabağa səfərləri çərçivəsində Füzuli şəhərində olublar.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, qonaqlara şəhərin işğal zamanı dağıdılmış binaları göstərilib. Bildirilib ki, on minlərlə azərbaycanlı erməni işğalı zamanı məcburi köçkün düşüb.

Qeyd olunub ki, köçkünlərin böyük əksəriyyəti evlərinə qayıtmaq arzusundadırlar.

Tur rəhbəri Araz İmanov qonaqlara dağıdılmış mərkəzin qarşı tərəfində yeni şəhər mərkəzinin əsası qoyulduğu tikinti ərazisini də göstərib.

Qonaqlar Füzulidəki məscidi də ziyarət ediblər.

A. İmanov səyyahlara Merdinli kəndindəki dağıntılar barədə məlumat verib.

Xüsusilə qeyd edib ki, işğal müddətində azərbaycanlıların qəbirləri və məscidləri dağıdılıb.

Onu da qeyd edək ki, dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veleyin başçılıq etdiyi nümayəndə heyəti Füzulidən öncə Ağdam və Şuşa şəhərində də olublar.









Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}