18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Kəlbəcər və Laçın yenidən atəşə tutulub
Tarix: 09-09-2022 10:14 | Bölmə: Siyasət
Kəlbəcər və Laçın yenidən atəşə tutulub

Azərbayan Ordusunun mövqeləri yenidən atəşə tutulub.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sentyabrın 8-i axşam saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli və Hacılar, Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}