18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Ərdoğan Baydenlə görüşəcək
Tarix: 09-09-2022 18:24 | Bölmə: Siyasət
Ərdoğan Baydenlə görüşəcək

Bu ayın sonunda Türkiyə prezidenti Ərdoğan ilə ABŞ prezidenti Co Bayden arasında görüş gözlənilir.

Reyting.az
xəbər verir ki, bu barədə “Röyter” agentliyi türk rəsmi mənbələrinə istinadla məlumat yayıb.

Ankara-Vaşinqton münasibətlərini dəyərləndirən Türkiyənin rəsmi şəxsi deyib ki, görüşdə Türkiyə-Rusiya münasibətləri, ABŞ-ın silahları, Ukrayna və Suriyadakı müharibə və digər gərginliklərin müzakirə olunacağı gözlənilir.

Xatırladaq ki, Bayden və Ərdoğan iyun ayında İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Sammitində görüşmüşdülər. Sammitin sonunda Bayden açıq şəkildə ABŞ-ın Türkiyəyə “F-16” döyüş təyyarələri satmasına dəstək verdiyini bildirmişdi.



Türk rəsmisi əlavə edib ki, Baydenlə son görüşdən sonra “F-16”-lar da daxil olmaqla, Türkiyənin tələb etdiyi bəzi mühüm mövzularda addımlar atılıb. Hesab olunur ki, oxşar addımlar yenidən atıla bilər.

Agentlik Türkiyə rəsmisindən sitat gətirib:

“Suriyada yeni səhifə açıla bilər və ABŞ-ın bu çərçivədə addımlar atması lazımdır. YPG təhlükəsi də eyni şəkildə qiymətləndirilməlidir. Bəzi ABŞ rəsmiləri bu vəziyyətdən xəbərdardırlar”.

Onu da qeyd edək ki, Ağ Ev rəsmisi Baydenin türk həmkarı Ərdoğanla görüşüb-görüşməyəcəyi ilə bağlı heç bir məlumat verə bilməyəcəyini söyləyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}