18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Yunanıstan hərbçiləri azərbaycanlıların olduğu gəmiyə atəş açıb - Video
Tarix: 10-09-2022 23:00 | Bölmə: Siyasət
Yunanıstan hərbçiləri azərbaycanlıların olduğu gəmiyə atəş açıb

Yunanıstan Sahil Mühafizəsi Bozcaadada göyərtəsində azərbaycanlıların olduğu "Ro-Ro" gəmisinə atəş açıb.

"Haber Global"ın məlumatına görə, Komor adaları bayrağı altında Çanaqqala sahillərində beynəlxalq sularda üzən "Anatolian" adlı “Ro-Ro” gəmisinə atəş açan Yunanıstan qüvvələri Türkiyə Sahil Mühafizəsinin gəldiyi zaman ərazini tərk edib.

Beynəlxalq hüquq normalarına məhəl qoyulmadan açılan təqib atəşindən sonra gəmidə olan 18 nəfər arasında hər hansı itki və yaralanan yoxdur.

Gəminin heyətində 6 Misir, 4 Somali, 5 Azərbaycan və 3 Türkiyə vətəndaşı olub.

Hazırda gəmi Türkiyənin iki Sahil Mühafizə gəmisi tərəfindən müşayiət olunur.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}