Rusiya XİN Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb
Tarix: 13-09-2022 12:20 | Bölmə: Siyasət
Rusiya XİN Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb

“Biz Bakı və İrəvanla sıx əlaqə saxlayırıq. Ermənistan rəhbərliyindən mövcud ikitərəfli razılaşmalara uyğun olaraq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) vasitəsilə vəziyyətin həllinə köməklik göstərilməsi xahişi ilə müraciət daxil olub".

Reyting.az
xəbər verir ki, bu, Rusiya Xarici İşlər Nazirliyinin bugünkü bəyanatında qeyd olunub.

Bəyanatda daha sonra deyilir ki, rəsmi Moskva Rusiyanın vasitəçiliyi nəticəsində bu il sentyabrın 13-də Moskva vaxtı ilə saat 9.00-dan etibarən atəşkəslə bağlı əldə olunan razılaşmanın tam həcmdə həyata keçiriləcəyini gözləyir: "Əvvəllər olduğu kimi, biz belə bir prinsipdən çıxış edirik ki, Ermənistanla Azərbaycan arasında bütün mübahisəli məsələlər müstəsna olaraq siyasi və diplomatik yollarla, sərhəd məsələlərinə gəldikdə isə, Rusiyanın konsultativ yardımı ilə sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi çərçivəsində həll edilməlidir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}