Kreml: “Rusiya Azərbaycan-Ermənistan sərhədində gərginliyin azalması üçün səylərini əsirgəmir”
Tarix: 13-09-2022 14:34 | Bölmə: Siyasət
Kreml: “Rusiya Azərbaycan-Ermənistan sərhədində gərginliyin azalması üçün səylərini əsirgəmir”

“Rusiya Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması üçün səylərini əsirgəmir”.

Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

"Təbii ki, prezident Putin sərhəddə gərginliyin azaldılmasına kömək etmək üçün səylərini əsirgəmir və bu səylər davam edir", - Peskov bildirib/Report.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində yaranmış gərginliklə bağlı narahatlığını bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}